Müsəlman bacı və qardaşlarım! Hər bir müsəlmana Allahın adları və sifətləri barəsində düzgün etiqad sahibi olması olduqca zəruridir. Çünku burada Allahın gözəl adları və sifətlərindən söz gedir. Elə müsəlmanlar var ki, bu mövzuda batil etiqadlara uyaraq Allah barəsində pis zənnə qapılırlar. Sizə təqdim edilən "Vasitiyyə Əqidəsi" bu mövzuda yazılıan ən mühim əsərlərdən birisidir. Hamıya bu kitabı oxumağı tövsiyə edirəm. İlahiyyatçı: Yaşar Qurbanov
“Təmizlənmə və tərbiyə, və müsəlmanların buna ehtiyacı” adlı bu risalə öz əsasında, otuz il bundan öncə (1390 il) Amman şəhərinin (İordaniya) şəriət elmləri institutunda, böyük alim-muhəddis şeyx Muhəmməd Nasıruddin əl-Albaninin, Allah ona rəhmət etsin, oxuduğu muhazirədir. Bu muhazirədə şeyx hər bir müsəlmanın tutması vacib olan yolu açıqlamışdır. Bu mühazirənin əsli iki sözdən ibarətdir – “təmizlənmə” və “tərbiyə”. Şeyx öz həyatını məhz islam əqidəsinin, ona əsrlər boyu daxil edilmiş müxtəlif zəlalətlərin çirkinliyindən, bidətlərdən, xurafatlardan və şirkdən təmizlənməsi yoluna həsr etmişdir. O həmçinin Sünnənin təmizlənməsilə də məşğul olmuşdur. O rəvayətlərin səhih, zəif və ya uydurma olduqunu tədqiq etmiş və bununla Sünnəyə aid olmayan rəvayətləri ayırmışdır. Həmçinin o fikh elmini də nəzərdən keçirmiş və Quran və Sünnəyə müxalif olan fikxi rəyləri və bidətləri təmizləmişdir. Bundan sonra şeyx tərbiyəyə keçmişdir. Əvvəl özünü, sonra ətrafını və bundan sonra da bu haqq yoluna dəvət edərək bütün insanları tərbiyələndirməyə başlamışdır. Onun dəvətinə dünyanın hər tərəfindən ümmətin ən xeyrli insanları olan alim və tələbələr dəstək vermişdir. Bundan sonra bütün dünyada elm əsasında dinin dirçəlməsi başlamışdır. Ümumi xeyr üçün Ammandaki “Əl-Maktaba əl-İslamiyya” nəşriyyatı bu risaləni yaymaq qərarına gəlmişdir. Bu risalə şeyxin elm xəzinələrindəndir və dünyanın hər bir yerində yaşayan müsəlmanlar üçün böyük bir faydadır. Biz ümid edirik ki bu risaləyə görə şeyx ölümündən sonra Allah tərəfindən və Allahın izni ilə mükafatlandıralacaqdır.
Hər şeyi unudaraq ruhən və cismən Allaha müti olmaq dinin qanuni tələblərindən biri hesab olunur. Bu kitabda namazda müti olmağın əsaslarından bəhs edilir.
-
"Ey Əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər" (əl-Əhzab, 33)
Author: Yaşar Qurbanov
Kitabçada Allahın nazil etdiyi, peyğəmbərlərin dilədiyi , həmçinin Məhəmməd peyğəmbərin etdiyi dua və zikrlər verilmişdir.